Tramp ABŞ-da “Tik Tok”u qadağan etdi

Tramp ABŞ-da “Tik Tok”u qadağan etdi

ABŞ Prezidenti social şəbəkə ilə bağlı fərman imzalayıb

 

ABŞ Prezidenti Donald Tramp “Tik Tok” sosial şəbəkəsinin sahibi olan “ByteDance” kompaniyasının “Musical.ly” musiqi servisini satın almaq üzrə sövdələşməsini qadağan edən yeni fərman imzalayıb. AYNA xarici mediaya istinadən bildirir ki, Tramp bununla yanaşı, “TikTok”un fəaliyyəti ilə bağlı, ABŞ-dakı aktivlərdən imtina etmək və amerikalı istifadəçilərin şəxsi məlumatlarını hökumət orqanlarına təhvil vermək üçün 90 gün vaxt verib.

 

“Əlimizdə olan dəqiq məlumatlar əsasında güman edirəm ki, “ByteDance” “Musical.ly” servisi vasitəsi ilə ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradacaq fəaliyyətlər apara bilər”, - deyə Tramp fərmanında qeyd edib.

 

Fərmanda “ByteDance” və onun törəmə kompaniyalarından ABŞ-dakı aktivlərindən, həmçinin “Tik Tok” və ya “Musical.ly” vasitəsi ilə əldə etdikləri şəxsi məlumatlardan imtina etmək tələb olunur. Həmçinin “ByteDance” ABŞ-ın Xarici İnvestisiyalar üzrə Komitəsi qarşısında yazılı hesabat verməlidir.

 

Xatırladaq ki, bir müddət öncə Prezident sentyabrın 15-nə qədər “Microsoft” və ya digər Amerika kompaniyasına satılmayacağı təqdirdə “Tik Tok” əlavəsinin ABŞ-da fəaliyyətini dayandıracağını bildirmişdi. Həmçinin sosial şəbəkənin sahibi olan “ByteDance”nin “TikTok” əlavəsindəki payından tam imtina etməyə çağırmışdı.

 

ABŞ administrasiyası milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin Çin hökuməti ilə əlaqəsi olduğunu və Pekin üçün məlumat toplamaq məqsədilə istifadə edildiyini düşünür.

Müəllif: Ayna.az      15 Avqust 2020 16:41
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin