Aşura günü qanvermə aksiyası keçiriləcək: Amma məscidlərdə yox

Aşura günü qanvermə aksiyası keçiriləcək: Amma məscidlərdə yox

Vətəndaşlar Mərkəzi Qan Bankında Hemotologiya və Transfiziologiya Mərkəzinə yaxınlaşaraq qan verəcəklər

 

Azərbaycanda Aşura günlərində məscidlərdə qanvermə aksiyaları keçirilməyəcək. AYNA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova bildirib.

 

O xatırladıb ki, əvvəllər Aşura günü məscidlərdə də qanvermə aksiyası təşkil olunurdu: “Pandemiya ilə əlaqədar məscidlər işləmir. Amma bu il qan vermək istəyən vətəndaşlar Mərkəzi Qan Bankında Hemotologiya və Transfiziologiya Mərkəzinə yaxınlaşaraq qan verəcəklər. Biz bunu Qafqaz Müsəlmanları İdarəsi ilə də müzakirə edirik".

 

“Vətəndaşlar bütün sosial məsafə qaydalarına riayət edərək, maska taxaraq qanvermə aksiyalarında iştirak edə bilər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinində bununla bağlı şöbələr ayrılacaq və burada qanvermə aksiyaları keçiriləcək", deyə Q. Ələkbərova söyləyib.

Müəllif: Ayna.az      15 Avqust 2020 13:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin