İri ticarət mərkəzləri nə vaxt açıqlacaq?

İri ticarət mərkəzləri nə vaxt açıqlacaq?

Hikmət Hacıyev: “Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur”

 

“Hazırda iri ticarət müəssisələrinin açılması ilə bağlı yekun qərar yoxdur”. AYNA xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Prezidentin köməkçisi qeyd edib ki, mərhələli şəkildə açılmalara gedilir, növbəti məqama keçidlə bağlı qərarlar qəbul edilir: “Vətəndaşların ictimai fəallıq və qaydalara nəzarət etməsindən asılı olaraq növbəti vaxtlarda bununla bağlı qərar qəbul ediləcək”.

Müəllif: Ayna.az      15 Avqust 2020 12:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin