İctimai iaşə obyektlərində qaydaları pozanlar cərimələnəcəklər - RƏSMİ

İctimai iaşə obyektlərində qaydaları pozanlar cərimələnəcəklər -     RƏSMİ

Samirə Musayeva: “Muzdlu işçilərə dəstək verilməsi üçün artıq siyahılar müəyyənləşdirilərək Maliyyə Nazirliyinə təqdim edilib”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva pandemiya dövrü ilə bağlı təmsil etdiyi qurumun addımlarından danışıb. AYNA-nın xəbərinə görə, nazirlik rəsmisi deyib ki, ictimai iaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək.

 

“Müəyyən saat çərçivəsində iaşə obyektlərinin işinə icazə veriləcək. Həmçinin sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda onu təmin etsin. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidirlər. Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Müəyyən fəaliyyət sahələri var ki, onların fəaliyyətinə ümumiyyətlə icazə verilmir. Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək. Sahibkarlardan qeyd olunan tələblərə əməl olunmasını xahiş edirik”, - deyə Musayeva bildirib.

Dövlət Vergi Xidməti: Artıq sahibkarlar karantin qaydaları ilə bağlı pozuntu hallarına yol vermir

O deyib ki, iyul ayının 3-dən İqtisadiyyat Nazirliyi tərəfindən 14 min 509 sayda nəzarət tədbiri keçirilib, 1708 tədbir üzrə pozuntu halı aşkar edilib: “Son dövrlərin dinamikası göstərir ki, artıq sahibkarlar da karantin qaydalarına əməl olunması ilə bağlı pozuntu hallarına yol vermir. Dövlətin bu sahədə həyata keçirdiyi tədbirlər sadəcə cəza deyil, həm də maarifləndirici xarakter daşıyır”.

 

“Fərdi mikrosahibkarlara birbaşa dəstəyin göstərilməsi, pandemiyadan zərərçəkən sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsinin birinci mərhələsi başa çatıb. Artıq ikinci mərhələyə start verilib. 44 min 329 fərdi mikrosahibkara dəstək göstərilib. Muzdlu işçilərə dəstək verilməsi üçün artıq siyahılar müəyyənləşdirilərək Maliyyə Nazirliyinə təqdim edilib”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az      15 Avqust 2020 11:59
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin