Əsas səhifə Haqqımızda Xəbər lenti

Avropa İttifaqı Belarusa sanksiya tətbiqinə qərar verib

Avropa İttifaqı Belarusa sanksiya tətbiqinə qərar verib

Sanksiyalar repressiyaya məsuliyyət daşıyanlara şamil ediləcək

 

Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirləri Belarusda prezident seçkilərindən sonra baş qaldıran etirazlar aksiyaları səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Bu barədə AYNA “RİA Novosti”yə istinadən xəbər verir.

 

Slovakiyanın xarici işlər naziri  İvan Korçak özünün “Twitter” səhifəsində yazıb ki, Avropa İttifaqı məhdudiyyətlərin tətbiq olunacağı şəxslərin siyahısını tərtib edəcək. Təşkilatın fikrincə, sanksiyalar repressiyaya məsuliyyət daşıyanlara şamil ediləcək.

 

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borrel isə “Twitter” səhifəsində bildirib ki, “Aİ Belarusdakı seçki nəticələrini qəbul etmir, zorakılığa və saxtalaşdırmaya görə məsuliyyət daşıyanların cəzalandırılması üzərində işlərə başlanılır”.

Müəllif: Ayna.az      15 Avqust 2020 03:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin