Britaniya vətəndaşları Fransa və Niderlanddan təcili çıxırlar

Britaniya vətəndaşları Fransa və Niderlanddan təcili çıxırlar

Qatarlarda izdiham var, avtomobillə getmək üçün isə bilet qalmayıb

 

Fransa, Niderland və Maltada istirahət edən minlərlə britaniyalı təcili evlərinə qayıdırlar. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar şənbə günündən Fransada tətbiq olunacaq iki günlük karantin səbəbindən ölkəni tərk edirlər.

 

Yerli nəqliyyat şirkətlərindən bildirilib ki, Fransadan Britaniyaya gedən qatarlarda izdiham var. Avtomobillə getmək üçün isə bilet qalmayıb.

 

Britaniya hökuməti avqustun 15-dən etibarən Fransa, Niderland, Malta, Monako, Turks və Kaykos adalarından, həmçinin, Niderland Krallığının bir hissəsi olan Arubanın dənizətrafı ərazilərindən gələnlər üçün iki həftəlik karantin tətbiq edəcəyini açıqlayıb. Bu, həmin ərazilərdə COVID-19-a yoluxma sayının artması ilə əlaqədardır.

Müəllif: Ayna.az      14 Avqust 2020 20:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin