Yəməndə hərbi parad atəşə tutuldu: Çox sayda ölü var

Yəməndə hərbi parad atəşə tutuldu:     Çox sayda ölü var

48 nəfər xəsarət alıb

 

Yəmənin Ədən şəhərində hərbi parad atəşə tutulub. AYNA teleqraf.com-a istinadən bildirir ki, bundan başqa, parad zamanı polis idarəsi yaxınlığında avtomobil partladılıb. Hadisə nəticəsində 49 nəfər həlak olub. Daha 48 nəfər xəsarət alıb.

 

Qeyd olunur ki, hərbi qulluqçuların buraxılışı ilə əlaqədar keçirilən parada raket zərbəsi endirilib.

 

Ölənlərin sayının artacağı ehtimal edilir.

Müəllif: Ayna.az      2 Avqust 2019 02:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin