BP-də işləyən azərbaycanlıların sayı açıqlanıb

BP-də işləyən azərbaycanlıların sayı açıqlanıb

2485 nəfər vətəndaşımız şirkətdə çalışır

 

Cari ilin birinci yarısının sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2485 nəfər təşkil edib. “BP Azerbaijan” şirkətindən AYNA-ya bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      13 Avqust 2020 21:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin