“Neftçi” növbəti mərhələyə vəsiqə qazanıb – VİDEO

“Neftçi” növbəti mərhələyə vəsiqə qazanıb –       VİDEO

Dario Frederiko penaltini dəqiq yerinə yetirib

 

“Neftçi” komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanıb. AYNA “Report”-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna II raundun Bakıda baş tutan cavab oyununda Rusiya “Arsenal”nı 3:0 hesabı ilə məğlub etməklə nail olub. “Ağ-qaralar” 49-cu dəqiqədə Rauf Əliyevin vurduğu qolla önə keçiblər. 89-cu dəqiqədə Dario Frederiko penaltini dəqiq yerinə yetirib. Bundan 4 dəqiqə sonra isə Mamadu Mboc son nöqtəni qoyub.

 

Beləliklə, Tulada baş tutan ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə üstələyən bakılılar yola davam ediblər. Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq.

 

Müəllif: Ayna.az      2 Avqust 2019 00:31
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin