Bıçaqla özünə xəsarət yetirən 8 yaşlı uşaq ölüb

Bıçaqla özünə xəsarət yetirən 8 yaşlı uşaq ölüb

Yusif Məmmədov bıçaqla oynayarkən özünə xəsarət yetirib

 

Tərtərdə səkkiz yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

 

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma başlanıb.

Müəllif: Ayna.az      13 Avqust 2020 20:24
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin