Ağ Ev Belarusa qarşı sanksiyaları nəzərdən keçirir

Ağ Ev Belarusa qarşı sanksiyaları nəzərdən keçirir

ABŞ Dövlət katibi sanksiyaların tətbiqini istisna etməyib

 

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Belarusa qarşı sanksiya tətbiq edilməsini istisna etməyib. AYNA xarici mətbuata istinadən bildirir ki, Belarusda prezident seçkiləri və ondan sonra başlanan etiraz aksiyalarının hökumət tərəfindən zorakılıqla yatırılması cəhdi, Ağ Evi hərəkətə gətirə bilər.

 

Pompeo da qeyd edib ki, ABŞ hazırda sanksiya tətbiqi və neft tədarükünün dayandırılması məsələlərini nəzərdən keçirir.

 

“ABŞ-ın hələlik Belarusdakı vəziyyətə necə yanaşacağı müəyyənləşməyib”, - deyə Dövlət katibi vurğulayıb.

Müəllif: Ayna.az      13 Avqust 2020 14:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin