Müsəlman gənc Trampı pərt etdi - VİDEO

Müsəlman gənc Trampı pərt etdi -      VİDEO
Prezident çıxışını yarımçıq kəsməyə məcbur olub
 
Prezident D.Trampın ingilislərin müasir ABŞ ərazisindəki ilk yaşayış məskəni olmuş Ceymstaunun nə vaxtsa olduğu yerdə aborigen hinduların soyqırımı və depaortasiyaları bahasına  qurulmuş ABŞ demokratiyasının 400 illiyi ilə bağlı çıxışı zamanı pərt olub.
 
AYNA-nın moderator.az-a istinadla verdiyi xəbərə görə, dövlət başçısı çıxış edən anlarda Virciniya ştatının qanunverici məclisinin üzvü 27 yaşlı fələstinli həkim İbrahim Samir əllərində plakatlarla Trampın irqçi siyasətinə qarşı şüarlar qışqırmaqla etiraz edib. Bunu eşidən ABŞ prezidenti çıxışını yarımçıq kəsməyə məcbur olub.  Tramp özünü  itirərək barmaqlarını tribunaya döyməyə başlayıb. Dərhal gənc müsəlmana yaxınlaşan mühafizəçilərdən biri onu zaldan çıxarıb...
 
Müəllif: Ayna.az      1 Avqust 2019 21:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin