Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

Ağsu rayonunda maqnitudası 3.7 olan zəlzələ qeydə alınıb

 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən avqustun 13-də yerli vaxtla saat 09:21-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Ağsu rayonunda maqnitudası 3.7 olan zəlzələ qeydə alınıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, zəlzələ hiss olunmayıb.

Müəllif: Ayna.az      13 Avqust 2020 10:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin