Belaruslu biznesmendən polislərə müraciət: “Kömək edərəm”

Belaruslu biznesmendən polislərə müraciət:                 “Kömək edərəm”

“Haqqın tərəfində olmaq istəyirsən, amma maliyyə imkan vermirsə, yaz”

 

Belarusun tanınmış biznesmeni Mikita Mikado vəzifəsindən istefa vermək istəyən polis işçilərinə maddi yardım göstərməyə hazır olduğunu bildirib. AYNA xəbər verir ki, iş adamı bu haqda özünün rəsmi “Facebook” səhifəsində yazıb.

 

“Haqqın tərəfində olmaq istəyirsən, amma maliyyə imkan vermirsə, yaz - kömək edərəm”, - deyə Mikado Belarus polisinə müraciətində bildirib.

 

Bununla yanaşı, biznesmen digər iş iş adamlarını da bu təşəbbüsə qoşulmağa çağırıb: “İşgüzar dairələrin nümayəndələri, biz birlik olaraq hüquq mühafizə orqanları işçilərini qadınları, uşaqları, həmyerlilərimizi döyməməyə inandıra bilərik. Polis doğru olanı etməkdən qorxmamalıdır. Biz sizə kömək edəcəyik”.

Qeyd edək ki, Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə etirazlar 4 gündür davam edir. Avqustun 9-da keçirilən seçkilərdə Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticələrinə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 80 faizdən çox səs toplayaraq qalib gəlib. Bununla razılaşmayan Belarus xalqı etiraz aksiyalarına başlayıblar. Seçkilərin nəticələrinə etiraz edənlərə qarşı hüquq mühafizə orqanları işçiləri tərəfindən zorakılıqlar edilir. Nümayişçilərə rezin güllələr atılır, gözyaşardıcı qaz və əl qumbaralarından istifadə olunur. Etirazçılar isə təhlükəsizlik əməkdaşlarına səki daşları, “Molotov” kokteyli atırlar. Məlumatlara görə, artıq polis işçiləri xalqa zorakılıq etməmək üçün vəzifələrindən istefaya hazırlaşırlar.

Müəllif: Ayna.az      13 Avqust 2020 12:10
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin