Əfqanıstan prezidenti seçkilərə qarşı olduğunu bildirib

Əfqanıstan prezidenti seçkilərə qarşı olduğunu bildirib

Sülh danışıqlarının Əfqanıstanda daha böyük bir xaosa səbəb olacaq

 

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai qarşıdan gələn prezident seçkilərinə qarşı olduğunu bildirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Kabil şəhərində baş tutan mətbuat konfransında çıxış edən Həmid Kərzai əfqanların seçki məsələsində diqqətsiz olduğunu, xüsusən də ABŞ-ın seçki prosesinə nəzarət etdiyini iddia edib.

 

Əfqanıstanın keçmiş prezidenti, mövcud vəziyyətin sülh prosesinə təkan verməsi lazım olduğunu, seçkilərin ölkə üçün yaxşı olmayacağını da əlavə edib. Kərzai davam edən sülh prosesinin Əfqan rəhbərliyinə və Əfqan xalqına aid olmadığını və bu prosesin digər ölkələrə verilməsinə qarşı çıxmağın zəruri olduğunu bildirib.

 

Həmçinin, sülh danışıqlarının Əfqanıstanda daha böyük bir xaosa səbəb olacağını idda edən Kərzai, bu gün Əfqanıstan hökumətini, ölkə əhalisini və təhlükəsizlik qüvvələrini bir arada olmağa çağırıb.

 

Sülh prosesinin rəhbərliyinin əfqanlar tərəfindən aparılması və yola qoyulması lazım olduğunu deyən Kərzai, sülh prosesinin bu günə qədər nəzarətlərindən çıxması və bu prosesin ABŞ və Pakistan tərəfindən idarə olunmasından çox narahat olduğunu bildirib.

 

"Bu gün açıq-aydın görünür ki, Əfqanıstan seçkiləri Əfqan xalqının deyil, xaricilərin əlindədir və bunların arasında əsas yeri Amerika tutur. Bu, bizim üçün əsla bir seçim deyil, əgər əfqanlar birləşsə və idarəçilik həqiqi mənada əfqanlara verilsə, bax bu o zaman seçim olar” – deyə, əlavə edib.

Müəllif: Ayna.az      1 Avqust 2019 19:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin