Hulusi Akarı Zakir Həsənov qarşılayıb - FOTOLAR

Hulusi Akarı Zakir Həsənov qarşılayıb -       FOTOLAR

Türkiyənin Milli Müdafiə naziri hərbi heyətlə Azərbaycanda səfərdədir 

 

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfər edib.

 

AYNA xəbər verir ki, qonaqları Azərbaycanın Müdafiə naziri Zakir Həsənov qarşılayıb.

 

Qeyd edək ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.


Müəllif: Ayna.az      13 Avqust 2020 00:20
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin