Sürücülərə xəbərdarlıq: Bu axşam diqqətli olun

Sürücülərə xəbərdarlıq: Bu axşam diqqətli olun

Yasamalda rənglənmə işləri aparılacaq

 

Bu gün axşam saat 22:00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, rənglənmə işləri avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi daşıyır. Bu baxımdan AAYDA sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Müəllif: Ayna.az      1 Avqust 2019 18:59
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin