Yas mərasiminə qatılan 17 nəfər saxlanılıb

Yas mərasiminə qatılan 17 nəfər saxlanılıb

Mərasim dayandırılıb və orada olanlar polis şöbəsinə gətirilib

 

Neftçala Rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

 

AYNA DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 17 nəfər polis şöbəsinə gətirilib. Onlardan  13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub, 4 nəfərə isə xəbərdarlıq edilib.


Müəllif: Ayna.az      12 Avqust 2020 17:27
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin