Prezident Bakıya gətirilən yeni taksilərlə tanış olub - FOTOLAR

Prezident Bakıya gətirilən yeni taksilərlə tanış olub -             FOTOLAR

Dövlətimizin başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verilib

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.

 

AYNA xəbər verir ki, Prezident İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

 

Dövlətimizin başçısına yeni taksilərin xüsusiyyətləri barədə məlumat verilib.

 

Bildirilib ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub.











Müəllif: Ayna.az      12 Avqust 2020 17:08
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin