Baş infeksionist: “Dənizdə virus yoluxmur, amma...”

Baş infeksionist: “Dənizdə virus yoluxmur, amma...”

“Karantin qaydalarını özümüzü qoruma instinktinə çevirməliyik” – Cəlal İsayev

 

Nazirlər Kabineti yanında Operativ Qərargah son qərarı ilə xüsusi karantin rejimi yumşaldıldı: SMS icazə sistemi ləğv edildi, çimərliklər açıldı. Buna paralel olaraq, son zamanlar günlük yoluxma halları da azalıb.

 

Hazırkı gedişat və gözləntilər ətrafında AYNA-nın suallarını ölkənin baş infeksionisti Cəlal İsayev cavablandırıb.

 

- Doktor, çimərliklərə girişə icazə verildi, lakin insanların əksəriyyəti çimərliklərdə ara məsafəsinin qorunmamasından şikayət edir.

 

- O şikayəti edənlərin çoxu dənizə gedənlərin özləridir. Ara məsafəsi hər yerdə saxlanılmalıdır - Həm dənizdə, həm toplu halında olan digər yerlərdə. Əgər insanlar görürsə ki, həmin dənizdə sosial məsafə qorunmur, getməsinlər çimərliyə. Dənizdə çimən zaman virus keçmir insanlara, amma ara məsafəsi sahildə qorunmaycaqsa, o zaman yoluxma sayı artacaq. Bu, insanların özündən asılıdır. Ara məsafəsi saxlamalıdırlar ki, həm özlərini, həm yaxınlarını təhlükəyə atmasınlar.

Dəniz suyu çimərlik üçün uyğun olan - ƏRAZİLƏR - SİYAHI - FED.az

- Payız-qış mövsümünə dair gözləntiləriniz nədir?

 

- Əgər insanlar karantin qaydalarına əməl etməsələr, yəni maska taxmasalar, sosial məsafə qorumasalar, gigiyena qaydalarına riayət etməsələr, yenə də yoluxma sayı artacaq. Bu, təbii ki, belə vəziyyətdə gözləniləndir.

 

- May ayının əvvəllərində yoluxma sayı ikirəqəmli olduğu müddətdə, karantin rejimi yumşaldıldı və nəticədə gündəlik yoluxma sayı 600-ə qədər qalxdı. Bu dəfə isə yoluxma sayı üçrəqəmli olduğu halda yumşaldılma başlandı. Bu vəziyyət qarşıda gələn aylarda yoluxmaların sayının çoxalmasına şərait yaratmaz ki?

 

- May ayında 30-35 rəqəmləri olan zaman yumşaldılma getdi və nəticədə yoluxma sayı üçrəqəmliyə kimi qalxdı. İndi də yumşaldılmaya getmək olardı. Əsas məsələ tövsiyyələrə əməl edilməsidir. Əməl olunmasa, yenidən xəstəliklər baş qaldıracaq. Karantin qaydalarını özümüzü qoruma instinktinə çevirməliyik ki, xəstəliyə qalib gələk.

 

- Xaricdən həkimlər gətiriləcək ölkəmizə. Bəzi mütəxəssislər buna ehtiyac görmürlər və deyirlər ki, özümüzün kifayət qədər mütəxəssisimiz var...

 

- Xaricdən gələn həkimlər ilə birlikdə işləməyin özü də böyük təcrübədir. Biz onlardan, onlar da bizdən öyrənirlər. Dünyada koronavirusun bir müalicə üsulu var. Sadəcə onların yanaşma tərzindən biz müəyyən şeylər öyrənirik. Xaricdən gələn həkimlər də etiraf edirlər ki, bizlərdən öyrəndikləri çox şey var. Dünyada hər yerdə bu təcrübədən istifadə olunur.

Новые данные о тестах на коронавирус: что нужно знать | События в ...

- Özəl klinikalarda koronavirus testinin baha olması heç kimə sirr deyil. Mütəxəssislər iddia edirlər ki, həm dövlətdə, həm də özəl klinikalarda edilən testlər pulsuz olmalıdır, yəni dövlət hesabına. Buna münasibətiniz necədir?

 

- Azərbaycanda koronavirus üçün olan testlər pulsuzdur. Hər hansı virus əlaməti olan şəxs, xəstə ilə təmasda olan insan sahə həkiminə müraciət edib test etdirə bilir. Amma kimsə özündə heç bir əlamət hiss etmədən test etdirirsə, bu, artıq özünün seçimidir.

 

- Həkimlərin bəziləri koronavirusla mühbarizə zamanı onlara verilən əməkhaqlarının az olduğundan şikayət edirlər…

 

- Bir sıra həkimlər şikayət edirlər. Mən də həmkarlarımdan bu barədə eşidirəm. Ola bilsin ki, maliyyə işlərində hansısa problem olduğundan belə olub. Belə hal olanda müraciət edib problemi həll etmək mümkündür.

Müəllif: Təranə Xudabaxşiyeva      13 Avqust 2020 20:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin