“Qalatasaray”dan yeni transfer

“Qalatasaray”dan yeni transfer

Oğulcan ötən mövsüm “Rizəspor”un heyətində 24 oyuna 4 qol vurub

 

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Rizəspor”dan ayrılan Oğulcan Çağlayanı transfer edib.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Oğulcan ötən mövsüm “Rizəspor”un heyətində 24 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

 

“Qalatasaray” bu yayın ilk transferi ilə müqavilənin detallarını da açıqlayıb. Çağlayan 2020/21 mövsümündə 3 milyon 750 min, 2021/22 mövsümündə 4 milyon 250 min, 2022/23 mövsümündə 4 milyon 750 min, 2023/24 mövsümündə isə 5 milyon 250 min TL məvacib alacaq.

Müəllif: Ayna.az      12 Avqust 2020 02:44
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin