Dünya birjalarında neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb

Azərbaycan neftinin qiyməti 46 dollara yaxınlaşır

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar bahalaşaraq 45,23 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar artaraq 42,27 dollar təşkil edib.

 

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft də bahalaşıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,34 ABŞ dolları və ya 0,75% artıb və 45,96 dollar təşkil edib.

Müəllif: Ayna.az      11 Avqust 2020 14:29
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin