Əsas səhifə Haqqımızda Xəbər lenti

Beyrutda yenidən iğtişaşlar başlayıb

Beyrutda yenidən iğtişaşlar başlayıb

Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib 

 

Livanın paytaxtı Beyrutda yenidən etiraz aksiyaları başlayıb.

 

AYNA xarici mətbuata  istinadən xəbər verir ki, nümayişçilər ölkə parlamentinin binasını və onun qarşısında olan polislərə daş atıblar.

 

Hüquq mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

Qeyd edək ki, Livanın baş naziri Həsən Diyab xalqa müraciətində hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.

 

Beyrut limanında baş verən və azı 200 nəfərdən çox adamın ölümünə, 6 mindən artıq insanın yaralanmasına səbəb olan güclü partlayışdan sonra ədliyyə naziri Mar-Clod Nəcm, ətraf mühit naziri Demianos Qəttər, informasiya naziri Mənəl Əbdül Səməd, maliyyə naziri Ğazi Vəzni, partlayışdan bir gün əvvəl də xarici işlər naziri Nəsif Hitti istefa veriblər.

Müəllif: Ayna.az      10 Avqust 2020 21:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin