Əsas səhifə Haqqımızda Xəbər lenti

Parisdə maska ilə bağlı qaydalar sərtləşdirilib

Parisdə maska ilə bağlı qaydalar sərtləşdirilib

Şəhər bələdiyyəsi müvafiq qərar qəbul edib

 

Fransanın paytaxtı Paris şəhər rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar insanların çox olduğu açıq ərazilərdə maska taxmağı zəruri edib. AYNA-nın xəbərinə görə, bununla əlaqədar şəhər bələdiyyəsi müvafiq qərar qəbul edib.

 

Qərara əsasən, şəhərin mərkəzi hissələrində, turistlərin daha çox olduğu yerlərdə, sahilyanı bulvarda və açıq bazarlarda maska taxmaq məcburi olacaq. Qərar 11 yaşdan yuxarı bütün şəxslərə aid edilir.

 

Ümumilikdə, Parisin 100-ə yaxın küçəsində maska ilə gəzmək tələb olunacaq.

 

Qeyd edək ki, bir müddət Parisdə qapalı məkanlarda maska taxmaq zərurəti tətbiq edilmişdi.

Müəllif: Ayna.az      10 Avqust 2020 21:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin