Əsas səhifə Haqqımızda Xəbər lenti

Lukaşenko: “Polis əla davrandı, əllərindən gələni etdilər”

Lukaşenko: “Polis əla davrandı, əllərindən gələni etdilər”

Belarus lideri nümayişçilərə qarşı rezin güllə atıldığını bildirib

 

Belarus Prezidenti Alexandr Lukaşenko president seçkilərindən sonrakı gecə təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı rezin güllələrdən istifadə etdiyini bildirib. AYNA-nın məlumatına görə, bu barədə “BelTA” məlumat verib.

 

Lukaşenkonun sözlərinə görə, etirazçılar Minsk polis bölməsinə basqın etmək istəyəndə və bir polisə hücum edən zaman güllələrdən bir dəfə istifadə edilib.

 

“O insanlar vəhşi kimi hərəkət edirdirlər. Buna görə də, gecə vəziyyət gərgin idi. Amma polis əla davrandı, əllərindən gələni etdilər. Biz yalnız seçki komissiyalarınınınüzvlərini təxliyə etmək üçün ordu və polisi cəlb etdik”, - Belarus lideri vurğulayıb.

 

Lukaşenko onu da bildirib ki, hüquq-mühafizə orqanları ixtişaş törədənlərə qarşı yumşaq davranıb.

 

Qeyd edək ki, Belarusda seçkilər avqustun 9-da keçirilib. Elə həmin gün axşam ölkə daxilində etirazlar başlayıb. Paytaxt Minskin mərkəzində etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşma baş verib. Nümayişçilərə qarşı gözyaşardıcı qaz, rezin güllələr və tüstü bombasından istifadə edilib. Rəsmi məlumatlara görə 39 təhlükəsizlik işçisi və 50-dən çox mülki şəxs yaralanıb. Hüquq müdafiəçiləri ölən bir etirazçının olduğunu bildirirlər.

 

Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına görə, hazırkı Prezident Aleksandr Lukaşenko 80,23 faiz səs toplayaraq seçkilərin qalibi olub. Onun əsas rəqibi Svetlana Tixanovskaya isə 9,9 faiz səslə ikinci pillədə qərarlaşıb. Tixanovskaya seçkilərin nəticələrini tanımadığını elan edib.

Müəllif: Ayna.az      10 Avqust 2020 18:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin