Əsas səhifə Haqqımızda Xəbər lenti

Tixanovskaya polis və orduya çağırış edib

Tixanovskaya polis və orduya çağırış edib

“İğtişaşların iştirakçılarına qarşı zorakılığın dayandırılmasını tələb edirik”

 

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın tərəfdarlarının qərargahın ətrafında barrikadalar qurulması haqqında məlumatlar təkzib edilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə qərargahın koordinatoru Mariya Kolesnikova məlumat verib.

 

Qeyd edək ki, mətbuatın iddiasına görə, Tixanovskayanın həbsi təhlükəsi səbəbindən onun tərəfdarları ofisin qarşısında barrikadalar qurublar.

 

Kolesnikova isə deyib ki, Tixanovskaya çox işlədiyi səbəbindən artıq istirahət edir. Qərargah koordinatoru əlavə edib ki, müxalifətin namizədi hakimiyyəti dialoqa çağırır. “Biz dialoqa girməyə hazırıq və hökuməti zorakılığa son qoymağa çağırırıq”, - deyə Kolesnikova vurğulayıb.

 

Tixanovskaya özü də Minskdəki və digər şəhərlərdəki iğtişaşların iştirakçılarına qarşı zorakılığın dayandırılması xahişi ilə polisə və orduya müraciət edib.

Xatırladaq ki, Minskdə və Belarusun digər şəhərlərində kütləvi etiraz aksiyaları avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatına görə, Belarusun hazırkı rəhbəri Aleksandr Lukaşenko 81 faizdən çox səs alıb. Ana müxalifətin namizədi Svetlana Tixanovskaya isə cəmi 8 faiz səs toplayıb. Vətəndaşlar altıncı müddətə və 1994-cü ildən bəri dəyişmədən hökm sürən Lukaşenkonun qələbəsinə inanmırlar.

Müəllif: Ayna.az      10 Avqust 2020 09:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin