Beyrutda etirazlar: Parlament və XİN-nin binası ələ keçirilib

Beyrutda etirazlar: Parlament və XİN-nin binası ələ keçirilib

Beyrutda baş vermiş partlayışdan sonra əhali küçələrə çıxıb

 

Beyrutda hökumət əleyhinə keçirilən mitinqlər davam edir.

 

AYNA “Report”a istinadən xəbər verir ki, nümayişçilər parlamentin binasına doğru irəliləyib və onlardan bəzisi qanunverici orqanın binasına daxil olub. Polis iştirakçılara qarşı bibər qazından istifadə edib.

 

Şəhərin digər istiqamətində, Əşrəfiyyə bölgəsində nümayişçilər Livan Xarici İşlər Nazirliyinin binasına daxil olaraq binanı ələ keçiriblər. Nümayişçilər Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər. Hazırda polislər etirazçılarla danışıqlar aparır.

 

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayışdan sonra Livanın paytaxtında əhali küçələrə çıxıb. Nümayişçilər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Müəllif: Ayna.az      8 Avqust 2020 21:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin