“Pandemiyanın növbəti mərhələlərində də dövlət dəstəyi gözlənilir” – DEPUTAT

“Pandemiyanın növbəti mərhələlərində də dövlət dəstəyi gözlənilir” –     DEPUTAT

Vüqar Bayramov: “Karantin davam edərsə, növbəti dövrlərdə də dövlət sahibkarlara dəstəyini davam etdirəcək”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, müəyyən yumşalmalar (SMS icazənin ləğvi, çimərliklərə girişin sərbəstləşdirilməsi) olmaqla, xüsusi karantin rejimi avqustun 31-dək uzadıldı. Bir çox müəssisələrin (yəni iş yerlərinin) fəaliyyətindəki qadağalar hələ də qalmaqdadır. Bir tərəfdən hökumət sahibkarlara işçilərinin işdən çıxarılmaması qadağasını qoyur, digər tərəfdən də sahibkarlara heç bir maliyyə dəstəyi göstərilmir. Nəticədə sahibkarlar işçilərini işdən azad etmir, amma maaş da vermir. Bu zaman işçi həm maaşından, həm də adı rəsmi iş yerində qeydiyyatda olduğu üçün, 190 manat birdəfəlik yardımdan məhrum olur.

 

Bu problemlə müxtəlif sahələrdə çalışan insanlar üz-üzə və təkbaşına qalıb. Redaksiyamıza bununla bağlı xeyli müraciətlər daxil olur.

 

Məsələ il bağlı AYNA-ya danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, sahibkarlar iyul ayı üçün də maliyyə yadımından faydalana biləcəklər: “Belə ki, öz işçilərini ixtisar etməyən sahibkarlara aprel və may aylarında olduğu kimi, sahibkarlıq subyektlərində çalışan işçilərin əməkhaqları tam və ya qismən dövlət büdcəsi hesabına ödəniləcək. Bu zaman yanvar ayının əməkhaqqı əsas götürülür. Yanvar ayınadək əməkhaqqı alan vətəndaşlarımızın əməkhaqları tam ödənilir. Orta aylıq əməkhaqından daha yüksək əməkhaqqına sahib olan vətəndaşlarımız üçün meyar məhz yanvar ayının əməkhaqqıdır. Bu baxımdan da yaxın günlərdə sahibkarlar yenidən iyul ayı üçün nəzərdə tutulan əmək haqqlarının ödənilməsi üçün dövlətdən birbaşa dəstək almaq imkanl əldə edəcəklər”.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi ...

Deputat deyib ki, büdcəyə edilən dəyişikliklərə əsasən, dövlət şirkətləri üçün əlavə olaraq pandemiyanın təsirlərinin minimallaşdırılması üçün 136 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: “Eyni zamanda, özəl sahələrdə çalışan, iqtisadi subyektlər üçün əlavə 100 milyon manat vəsait nəzərdə tutulur. Bütövlükdə 236 milyon manatlıq vəsait yeni dürüstləşdirilən büdcədə nəzərdə tutulub. Bu isə ondan xəbər verir ki, əgər pandemiya davam edərsə, növbəti dövrlərdə də dövlət sahibkarlara dəstəyini davam etdirəcək. Amma hələlik nəzər alaq ki, iyul ayında karantin rejimi olduğu üçün, iyul ayının əməkhaqqının, eləcə də fərdi mikrosahibkarlar üçün birdəfəlik ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur”.

 

Vüqar Bayramov əlavə edib ki, növbəti dövrlərdə pandemiya və karantin şərtlərinə uyğun olaraq hökumət tərəfindən müvafiq addımların atılacağı gözlənilir.

Müəllif: Ülviyyə Şahin      9 Avqust 2020 10:26
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin