“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib

Natəvan Bayramova yeni yaradılan Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) bu gün keçirilən kollegiya iclasında cari məsələlərlə yanaşı təşkilati məsələlərə də baxılıb. QSC-dən AYNA-ya verilən məlumata görə, aparılan yeni struktur və kadr islahatları nəticəsində İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək, onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb.

 

Cəmiyyətin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Qənaət qızı Bayramova Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Natəvan Bayramova 1984-cü ildə anadan olub. 2001-ci ildə 234 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib və elə həmin ildə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2005-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr təhsili alıb.

 

2005-ci ildən 2018-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində müxtəlif vəzifələrdə çalışıb. Hal-hazıradək ictimai əsaslarla İctimai Teleradio Yayım Şurasının katibidir.

 

2018-ci ildən bu günədək Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də İnzibati işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Ailəlidir. 2 övladı var.

Müəllif: Ayna.az      1 Avqust 2019 12:03
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin