Türkiyədə koronavirusa qarşı yeni qaydalar

Türkiyədə koronavirusa qarşı yeni qaydalar

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir

 

Türkiyədə toy, nişan və s. bu kimi mərasimlərdə yeni növ koronavirusla (COVID-19) mübarizə qaydalarına əməl etməyənlər cəzalandırılacaq. 

 

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin 81 vilayətə göndərdiyi sərəncamda bildirilib.

 

Qeyd olunub ki, COVID-19-la mübarizə ilə əlaqədar 7-9 avqust tarixlərində DİN sınaq təcrübəsi keçirəcək və bu müddət ərzində yuxarıda adıçəkilən mərasimlərdə kütləvi tətbiq olunan maska, sosial məsafə, sanitar-gigiyenik tələblərə əməl etməyənlərə cəza tətbiq olunacaq.

Müəllif: Ayna.az      8 Avqust 2020 08:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin