Əsas səhifə Haqqımızda Xəbər lenti

“Real” və “Yuventus” Çempionlar Liqası ilə vidalaşıb

“Real” və “Yuventus” Çempionlar Liqası ilə vidalaşıb

Çempionlar Liqasının 1/8 final mərhələsinin digər oyunları bu gün keçiriləcək

 

Koronavirus pandemiyasına görə martdan dayandırılan Çempionlar Liqası bərpa olunub.

 

AYNA xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün iki qarşılaşma keçirilib.

 

İlk matçda səfərdə Lion “Olimpik”inə minimal hesabla məğlub olan “Yuventus”, bu dəfə rəqibini Turində qəbul edib. Üç qolun qeydə alındığı matç turinlilərin qələbəsiylə yekunlaşıb. Amma ümumi hesab bərabər olduğundan, Fransa təmsilçisi səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.

 

Günün digər matçı isə İngiltərədə keçirilib. “Mançester Siti” doğma meydanda Madrid “Real”ını qəbul edib. Komandalar arasında İspaniyada baş tutan görüşdə “şəhərlilər” 2:1 hesablı qələbə qazanmışdı. Elə bu oyunda da britaniyalılar eyni hesabla üstün olublar və növbəti mərhələyə yüksəliblər.

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin digər oyunları bu gün keçiriləcək.

 

Daha əvvəl “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya), “Atalanta” (İtaliya) və PSJ (Fransa) klubları 1/4 final mərhələsinə yüksəlib.

 

Çempionlar Liqası
1/8 finalın cavab oyunları
7 avqust

 

Yuventus (İtaliya) – Olimpik (Lion, Fransa) 2:1
Qol: Ronaldo, 43-pen; 60 – Depay, 12-pen.
İlk oyun – 0:1

 

Mançester Siti (İngiltərə) – Real (İspaniya) 2:1
Qol: Sterlinq, 9. Q.Xesus, 68 – Benzema, 28.
İlk oyun – 2:1

Müəllif: Ayna.az      8 Avqust 2020 05:11
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin