Əsas səhifə Haqqımızda Xəbər lenti

"Valideynlərin andiçmə mərasimində iştirakı qadağandır" - Müdafiə Nazirliyi

"Valideynlərin andiçmə mərasimində iştirakı qadağandır" -       Müdafiə Nazirliyi

Nazirlik andiçmə mərasimləri ilə bağlı məlumat yayıb

 

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.

 

"Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik", - nazirlikdən bildirilib. 

Müəllif: Ayna.az      6 Avqust 2020 14:36
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin