Əsas səhifə Haqqımızda Xəbər lenti

“Fitch” dünya iqtisadiyyatına dair proqnozunu dəyişdi

“Fitch” dünya iqtisadiyyatına dair proqnozunu dəyişdi

“Fitch” beynəlxalq reytinq agentliyi dünyada 2020-ci ildəki iqtisadi artımla bağlı proqnozunu 2,8 faizdən 2,7 faizədək azaldıb.

 

“Report” agentliyin icmalına istinadən xəbər verir ki, bu meylin səbəbləri arasında Çin, ABŞ, Braziliya biznesinə yatırım perspektivlərinin daralması nəticəsində artımın yavaşlanması, Çində istehlak artımının zəifliyi, başqa inkişaf etməkdə olan ölkələrdə də daha mötədil artım gözləntiləri göstərilir.

 

Həmçinin 2020-ci ilə dair Çində iqtisadi artım proqnozunu da 6,1 faizdən 6 faizə, ABŞ-da 1,9 faizdən 1,8 faizə, Braziliyada da 2,7 faizdən 2,2 faizədək azaldan “Fitch” cari il üçün dünya iqtisadi artımına dair 2,8 faizlik proqnozunu təsdiq edib.

Müəllif:      17 İyun 2019 19:24
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin