Şahbaz Xuduoğludan Operativ Qərargaha müraciət

Şahbaz Xuduoğludan Operativ Qərargaha müraciət

“Kitab dükanlarını və kitabxanaları açın!”

 

“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Operativ Qərargaha müraciət edib.

 

AYNA bildirir ki, müraciətdə deyilir:

 

“Kitab dükanlarının açılacağını gözləyirdim. Yalnız mən yox, kitabçılar, naşirlər, yazarlar, ölkəmizin mədəni həyatını düşünən insanlar və əlbəttə ki, azlıqda qalan oxucular.

 

Bilmirəm, Qərargahın elitası kitab dükanlarına gedibmi? Kitab dükanına gedib ordan kitab alıbmı? Kitabxanalara necə, getmisizmi, köhnəlmiş, üstü yazılı partalar arxasında oturub kitab oxumusunuzmu? Yaxud içində qeydiyyat kartı olan və o kartın üstündə sizdən əvvəlki oxucunun adı, soyadı olan kitabları evinizə götürmüsünüzmü?

 

Əgər sizlər bunları etmisinizsə, o zaman kitab dükanları və kitabxanaları açmalısınız. Bütün yazarlar, naşirlər, kitabçılar, oxucular sizə müraciət edir. Kitab dükanlarını və kitabxanaları açın!”

Müəllif: Ayna.az      5 Avqust 2020 16:48
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin