İlham Əliyev livanlı həmkarına başsağlığı verib

İlham Əliyev livanlı həmkarına başsağlığı verib

İlham Əliyev: "Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm"

 

Azərbaycan Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Aunaya başsağlığı verib. 

 

AYNA xəbər verir ki, başsağlığında deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

 

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

 

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".

Müəllif: Ayna.az      5 Avqust 2020 17:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin