Azərbaycanda toyda kütləvi zəhərlənmə olub

Azərbaycanda toyda kütləvi zəhərlənmə olub
Bir ailənin dörd üzvü və başqaları zəhərlənmək
 
Lerik rayonunda toyda kütləvi zəhərlənmə baş verib. Hadisə rayonun Durğan kəndində qeydə alınıb.
 
Belə ki, Füzuli Mirzəyevə məxsus evin həyətyanı sahəsində toy məclisi keçirilib. AYNA oxu.az-a istinadən xəbər verir ki, həmin toy məclisində bir ailənin 4 üzvü - 1981-ci il təvəllüdlü Ehtiram Abdullayev, 1989-cu il təvəllüdlü Kəmalə Quluzadə, 2002-ci il təvəllüdlü Yaşar Quluzadə, 2003-cü il təvəllüdlü Yasəmən Quluzadə, 1966-ci il təvəllüdlü İlham Zülfiyev, 1979-cu il təvəllüdlü Mehman Teyyubov, 1997-ci il təvəllüdlü Günay Teyyubov, 1991-ci il təvəllüdlü Mütəllim Teyyubov və 1984-cü il təvəllüdlü Rəvanə Teyyubova qidadan zəhərlənib.
 
Onlar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müəllif: Ayna.az      31 İyul 2019 22:16
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin