ABŞ-dan Livana dəstək

ABŞ-dan Livana dəstək

Beyrutdakı partlayışla bağlı ABŞ Livana dəstək olub

 

ABŞ Prezidenti Donald Tramp Livandakı partlayışın hücum olduğunu deyib AYNA xəbər verir ki, Tramp və Xarici İşlər Naziri Mayk Pompeo Livanın paytaxtı Beyrutdakı partlayışda həyatını itirənlər üçün baş sağlığı verib. ABŞ Livan xalqının yanında olduğunu ifadə edib. 

 

Donald Tramp “Ağ ev”dəki mətbuat toplantısında Livan xalqının yanında olduqlarını deyib. Diqqət çəkən məqamlardan biri isə D.Trampın bu hadisəni hücum hesab etməsi olub. Jurnalistlərin “Niyə hücum olduğunu düşünürsünüz?” sualına cavabında bildirib ki, bəzi generallarla görüşüb və onların bunu istehsal xətası yox, hücum olduğunu düşündükləri qənaətindədir.

 

Müəllif: Ayna.az      5 Avqust 2020 13:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin