Bu gündən SMS icazə sistemi ləğv edilir

Bu gündən SMS icazə sistemi ləğv edilir

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir 

 

Saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsiilə tərk etmək sistemi ləğv olunur.

 

AYNA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarda öz əksini tapıb.

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinər icazə verilir.

 

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

 

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Müəllif: Ayna.az      5 Avqust 2020 06:44
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin