Livandakı partlayışın ilkin səbəbləri açıqlanıb

Livandakı partlayışın ilkin səbəbləri açıqlanıb

Partlayışda ölənlərin sayı artmaqda davam edir

 

Livanın güc strukturları Beyrutun limanında 2 700 ton selitrin partlayışının ilkin səbəbini açıqlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki,  hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

 

Livanın baş naziri Həsən Diab Beyrutdakı partlayışın başvermə şəraitinin öyrənilməsi üçün komissiya yaratmağa tələb edib.

 

"Biz Beyrutdakı partlayışın araşdırılması üçün komissiya yaratmağa çağırırıq ki, yoxlamanın nəticələri 48 saat ərzində ictimaiyyətə açıqlansın", - deyə Baş nazir bildirib.

 

O, qeyd edib ki, baş verən hadisəyə görə cavabdehlik daşıyan şəxsin tapılıb məsuliyyətə cəlb edilməsinədək sakitləşməyəcək: “Çünki 2 750 ton ağırlığında ammonium turşusunun bir hissəsinin 6 il təhlükəsizlik tədbirləri olmadan bir anbarda saxlanılması yolverilməzdir”.

 

Son məlumatlara görə, Beyrutdakı partlayışlar zamanı 78 nəfər həlak olub, 4 minə yaxın insan xəsarət alıb.

Müəllif: Ayna.az      5 Avqust 2020 03:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin