Daha bir ölkədə koronavirusun ikinci dalğası başlayıb

Daha bir ölkədə koronavirusun ikinci dalğası başlayıb

Avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək

 

Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb. AYNA bildirir ki, bu barədə “Postimees” quruma istinadən xəbər verib.

 

“Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar”, - Departamentdə deyiblər.

 

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş Nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.

 

Qeyd edək ki, Estoniyada 2 091 nəfər koronavirusa yoluxub, 63 xəstə vəfat edib, 1 937 nəfər sağalıb.

Müəllif: Ayna.az      5 Avqust 2020 02:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin