“WhatsApp”da yeni funksiya yaradılıb

“WhatsApp”da yeni funksiya yaradılıb

Həmin düymə vasitəsilə proqram “Google”da həmin mesajı axtarışa verəcək

 

“WhatsApp”a göndərilmiş mesajların həqiqiliyini yoxlamaq üçün funksiya əlavə edilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.

 

Məlumata görə, həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram “Google”da həmin mesajı axtarışa verəcək.

 

Beləliklə, istifadəçi həmin mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

 

“Fact cheking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb.

Müəllif: Ayna.az      5 Avqust 2020 01:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin