Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu ötüb

Pandemiya ərzində dünyada ümumilikdə 691 min insan koronavirusdan ölüb

 

Son sutkada dünyada koronavirusa 219 min insan yoluxub. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Təşkilatın məlumatına görə, bununla da dünyada koronavirusa yoluxanların ümumi sayı 18 milyonu ötüb.

 

Qeyd edilir ki, pandemiya ərzində dünyada ümumilikdə 691 min insan koronavirusdan ölüb.

 

ÜST-ün məlumatına görə, dünyada COVID-19-a ümumilikdə 18 142 718 insan yoluxub, 691 013 nəfər təhlükəli infeksiyadan ölüb.

 

Son sutkada dünyada daha koronavirusa 219 862 yoluxma qeydə alınıb, COVID-19-dan 4 278 ölüm aşkarlanıb.

Müəllif: Ayna.az      5 Avqust 2020 00:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin