Əsas səhifə Haqqımızda Xəbər lenti

Beyrutun xəstəxanaları yaralılarla dolub

Beyrutun xəstəxanaları yaralılarla dolub

Yaralılar Beyrut ətrafındakı tibb müəssisələrinə göndərilirlər

 

Güclü partlayışın baş verdiyi Livanın paytaxtı Beyrutun xəstəxanaları yaralılarla dolub.

 

AYNA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Məlumata görə, xəstəxanalarda yerlərin çatışmazlığı səbəbindən yaralılar Beyrut ətrafındakı tibb müəssisələrinə göndərilirlər.

 

Qeyd edək ki, bir qədər əvvəl Beyrutda güclü partlayış olub. Son məlumata görə, hadisə zamanı azı 12 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.

Müəllif: Ayna.az      4 Avqust 2020 23:10
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin