Tanınmış şair: “Biz müstəqillik mübarizəsi aparanda, indi mükafat paylayanlar qaçıb gizlənmişdilər”

Tanınmış şair: “Biz müstəqillik mübarizəsi aparanda, indi mükafat paylayanlar qaçıb gizlənmişdilər”

Məmməd İsmayıl: “Kimə istəsəniz, ad, mükafat, medal verə bilərsiniz, amma var olan tarixi dəyişmək əlinizdə deyil”

 

“Son zamanlarda ünvanıma çoxsaylı məktublar, mesajlar gəlir. Dostlar, oxucular tərəfindən Xalq şairi, Cümhuriyyət medalı və Milli Mətbuat Günü ilə bağlı müxtəlif istəklər, arzular və iradlar səsləndirilir. Bu məktub və mesajlara ayrı-ayrı cavab verməkdənsə, hamısına bir yerdə fikir bildirməyin daha doğru olacağını düşündüm”.

 

AYNA xəbər verir ki, bu barədə şəxsi “Facebook” hesabında Türkiyədə yaşayan tanınmış azərbaycanlı şair Məmməd İsmayıl paylaşım edib. O, Xalq şairi fəxri adı ilə bağlı daha öncə fikir bildirdiyini və bu dəfə birbaşa Cümhuriyyət medalı və Milli Mətbuat Günü məsələsinə münasibət bildirəcəyini yazıb.

 “1980-90-cı illərdə biz “Gənclik” – “Molodost” jurnallarında ölümü gözümüzün altına alıb mübarizə aparanda, indi ad, mükafat paylayanlar (ya da ad, mükafat alanların bəziləri) qorxaqlığın, acizliyin qaranlıq künc-bucağında gizlənib məqam gözləyirdilər. Hətta, utanmadan müstəqillik əleyhinə səs verirdilər”, - M.İsmayıl bildirib.

 

“Ey şəngülümlər, tarixi necə dana bilərsiniz? Kimə istəsəniz, ad, mükafat, medal verə bilərsiniz, amma var olan tarixi dəyişmək əlinizdə deyil. Tarix böyük okeanlardakı sunami kimidir – qarşısına çıxanları, yoluna əngəl olanları kürüyüb atır. Sonra “demədi” deməyin”, - o, əlavə edib.

Müəllif: Ayna.az      31 İyul 2019 17:07
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin