Əsas səhifə Haqqımızda Xəbər lenti

İŞİD-in “Müdafiə naziri” məhv edilib

İŞİD-in “Müdafiə naziri” məhv edilib

“Hazırda Daxili İşlər Nazirliyində Həlimovun ölümünə dair sübutlar var”

 

Tacikistan hakimiyyəti Çevik Qüvvətlər Polisinin keçmiş komandiri, İŞİD terror qruplaşmasının “Müdafiə naziri” Gülmurod Həlimovun öldürüldüyünü rəsmi olaraq təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, Tacikistanın Daxili İşlər naziri Ramazon Rəhimzoda Suriyada Həlimovun bombardman nəticəsində məhv edildiyini söyləyib.

 

“Hazırda Daxili İşlər Nazirliyində Həlimovun ölümünə dair sübutlar var”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, Həlimov 1975-ci ildə Tacikistanın Varzob bölgəsində anadan olub. 1990-cı illərin sonundan OMON-da xidmət edib, Daxili İşlər Nazirliyinin Ali Akademiyasını bitirib və polkovnik hərbi rütbəsi alıb.

2015-ci ilə qədər ölkənin Çevik Qüvvətlər Polisində fəaliyyət göstərib. 2015-ci ildə işə çıxmayıb, daha sonra sosial şəbəkələrdə İŞİD-in tərəfinə keçdiyini açıqlayan video paylaşıb.

 

Tacikistan hökuməti Həlimovu axtarışda olanların siyahısına salıb. Terrorçunun oğlu atasının yanına, Suriyaya getməyə cəhd etməkdə ittiham olunaraq həbs edilib. Bala Həlimov 2019-cu ildə Vahdat həbsxanasında məhbusların iğtişaşları yatırılırkən öldürülüb. Onu da qeyd edək ki, 2016-cı ildə Gülmurod Həlimovun ikinci arvadı və dörd uşağı Suriyaya getməyi bacarıblar.

 

Xatırladaq ki, 2017-ci ilin aprelində İngiltərənin “The Times” qəzeti Həlimovun Mosulda hava zərbəsi nəticəsində öldürüldüyü barədə məlumat vermişdi. Lakin sonradan terrorçu sosial şəbəkədə qızı ilə selfi yerləşdirib. Elə həmin ilin sentyabrında Rusiya tərəfindən “Müdafiə naziri” haqqında Tacikistan hakimiyyətinə səhih məlumatlar verib.

Müəllif: Ayna.az      3 Avqust 2020 14:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin