Əsas səhifə Haqqımızda Xəbər lenti

Qazaxıstan koronavirusun pik həddini arxada qoyub

Qazaxıstan koronavirusun pik həddini arxada qoyub

Nazir: “Yaxşı göstəricilər yavaş-yavaş artır, artmaqdadır”

 

Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy ölkədə koronavirus xəstəliyinin pik həddinin keçdiyini açıqlayıb. Bu barədə AYNA xarici mətbuata istinadən bildirir.

 

“Pik hədd keçdi. Bundan sonra vəzifəmiz xalqımız üçün, bütün səhiyyə sistemi üçün çox çətin sınaqlarla qazanılan mövqeləri qorumaqdır”, - deyə nazir qeyd edib.

 

Avqustun 3-nə olan məlumata görə, pandemiya başlayandan bəri Qazaxıstanda 92 min 662 koronavirusa yolxuma qeydə alınıb. Tsoy eyni zamanda, yoluxanların 67,4 faizinin artıq sağaldığını söyləyib: “Təkcə son 24 saat ərzində 672 nəfər sağalıb. Bu kimi yaxşı göstəricilər yavaş-yavaş artır, artmaqdadır”.

 

Xatırladaq ki, ölkədə pisləşən epidemioloji vəziyyətlə mübarizə məqsədiylə iyulun əvvəlində tətbiq olunan sərt karantin rejimi davam edir.

Müəllif: Ayna.az      3 Avqust 2020 12:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin