“Vektor” koronavirusa qarşı peyvənd istehsalına başlayacaq

“Vektor” koronavirusa qarşı peyvənd istehsalına başlayacaq

Rinat Maksyutov: “Bu ilin noyabr ayında istehsala başlamağı gözləyirik”

 

Rusiyanın Dövlət Araşdırma Mərkəzi olan “Vektor” noyabr ayında koronavirusa qarşı peyvənd istehsalına başlamağı planlaşdırır. AYNA xəbər verir ki, bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

 

“Bu ilin noyabr ayında istehsala başlamağı gözləyirik. İlin sonuna yaxın, gələn ilin əvvəlində, əvvəl risk qruplarına daxil olan insanlar, daha sonra kütləvi peyvəndləməyə keçid barədə danışa bilərik ”, - deyə Maksyutov bildirib. “Vektor” peyvəndin könüllülərdə klinik sınaq keçirməsinə icazə alıb

 

Qeyd edək ki, Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ruslar üçün COVID-19-a qarşı peyvəndin pulsuz olacağını açıqlayıb.

 

Xatırladaq ki, Rusiyada son bir gündə 85 bölgədə 5427 yeni koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxanların ümumi sayı 850 min 870-ə çatıb. Pandemiya dövründə 14  min 128 ölüm qeydə alınıb, 650 min 173 nəfər xəstəlikdən sağalıb.

Müəllif: Ayna.az      2 Avqust 2020 14:05
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin