Belarusiyalı siyasətçi təqiblərə görə Ukraynaya qaçıb

Belarusiyalı siyasətçi təqiblərə görə Ukraynaya qaçıb

Valeri Çepkalo: “Lukaşenko məni həbsə atmaq kimi “hədiyyə” ala bilməyəcək”

 

Tutulmaq qorxusu səbəbindən Rusiyaya qaçan Belarusda prezidentliyə namizəd olmuş Valeri Çepkalo Ukraynaya gedib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Aleksey Urban bildirib.

 

Urbanın sözlərinə görə, Çepkalo hazırda Kiyevdədir. Mətbuat katibi müxalifətçinin Ukrayna paytaxtına səfərinin məqsədi barədə məlumat verməyib.

 

Çepkalo Belarus cəmiyyətinə Prezident Aleksandr Lukaşenko hakimiyyətinin mahiyyəti ilə bağlı çağırış etmişdi. O, bildirmişdi ki, Lukaşenko ölkə konstitusiyanı, qanunları pozur, hər şeyi saxtalaşdırır.

 

“Belarusiyadan kənarda olduğum üçün mediada fikirlərimi deyə bilərəm. Lukaşenko məni həbsə atmaq kimi “hədiyyə” ala bilməyəcək”, deyə Çepkalo vurğulamışdı.

 

Müxalifətçi siyasi təqiblərdən çəkinərək Belarusu ailəsi ilə birlikdə tərk edib.

 

Çepkalo prezidentliyə namizəd kimi qeydə alınmadı. İyun ayının sonunda Belarus Daxili İşlər Nazirliyi siyasətçinin evinin tikintisi üçün ona pul ödəmədiyini iddia edən bir qrup tikinti şirkəti sahibinin müraciəti ilə onun qanunsuz fəaliyyətləri ilə bağlı ibtidai istintaq başladıb. Siyasətçi bunu ona qarşı siyasi təzyiq kimi qiymətləndirib.

Müəllif: Ayna.az      2 Avqust 2020 13:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin