Dünyada koronavirusla bağlı son statistika

Dünyada koronavirusla bağlı son statistika

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Son sutkada dünyada koronavirusa yoluxanların sayı 289,3 min nəfər artıb.

 

AYNA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

 

Qeyd edilir ki, dünyada koronavirus xəstələrinin sayı 17,3 milyon nəfəri ötüb. Bununla yanaşı, 675 mindən çox insan pandemiyanın qurbanı olub.

 

Təşkilatın məlumatına görə, dünyada COVID-19-a yoluxanların sayı 17 396 943-ə çatıb, koronavirusdan 675 060 pasiyent ölüb.

 

Son bir gün ərzində dünyada 289 321 yeni yoluxma və 6 142 ölüm qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Müəllif: Ayna.az      2 Avqust 2020 02:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin