Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ-da iki təyyarə toqquşub: ölənlər var

ABŞ-da iki təyyarə toqquşub:    ölənlər var

Təyyarələrin birində altı nəfər, digərində bir nəfər olub

 

ABŞ-ın Alyaska ştatının Soldotna şəhərindəki hava limanı yaxınlığında iki kiçik təyyarənin toqquşması nəticəsində 7 nəfər ölüb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə ştatın ictimai təhlükəsizlik idarəsinin yaydığı məlumatda bildirilib. Ölənlərin arasında nümayəndələr palatasının ştatdan olan deputatı Harri Knopp da var.

 

Məlumata görə, təyyarələrin birində altı nəfər, digərində bir nəfər - yerli siyasətçi Harri Knopp olub. Altı nəfərin hadisə yerində, digərinin isə xəstəxanaya aparılarkən yolda öldüyü bildirilir.


Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Mülki Aviasiya İdarəsi hadisəni araşdırır.

Müəllif: Ayna.az      1 Avqust 2020 06:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin